Fransa çempionu və Çempionlar Liqasının qalibi PSJ və yarımmüdafiəçi Joao Neveş əməkdaşlığını uzadıblar. Vətəninfo.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” qəzeti məlumat yayıb.
21 yaşlı portuqaliyalı futbolçunun yeni müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir. Onun maaşı artacaq.
Joao Neveş 2024-cü ilin yayında Portuqaliya təmsilçisi “Benfika”dan PSJ-yə keçib. Hazırkı Fransa çempionatında o, 14 oyunda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.


























