“Ge Globo”nun məlumatına görə, Braziliya milli komandasının və Braziliyanın “Santos” klubunun hücumçusu Neymar sağ baldırından əzələ zədəsi alıb.
Vətəninfo.az xəbər verir ki, 34 yaşlı futbolçu müalicə almalı və iş yükünü azaltmalı olacaq. Hazırda o, klub həkimlərinin nəzarəti altında “Santos”un təlim bazasında sağalır. Neymarın vəziyyəti Braziliya Futbol Konfederasiyasının mütəxəssisləri tərəfindən də izlənilir.
İtaliya millisinin baş məşqçisi Karlo Ançelottinin Dünya Kuboku üçün açıqladığı heyətdə Neymarın da adı var.
Neymarın bir həftə ərzində tam məşqlərə başlaya biləcəyi gözlənilir.


























