image-8backend

Nikol Paşinyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqə qurmalıdır”

image-reklam_sirab_01

“Ermənistanın xarici siyasətinin əsas məqsədi bütün qonşularla normal münasibətlərin qurulması olmalıdır”. Vətəninfo.az  xəbər verir ki, bu fikirlər Ermənistanın baş naziri Nikol Paşinyana məxsusdur.

O, Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib ki, son 15 ay ərzində Ermənistan baş verənlərdən bir sıra dərslər götürüb. “Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyəti dəyişmək ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Bu, çox sadə görünür, lakin onun həyata keçirilməsi onlarla problemlə bağlıdır: bəzi psixoloji və praktik problemlər var. Belə bir mesajı Ermənistan cəmiyyəti üçün həzm etmək asan deyil”.

O qeyd edib ki, bu yaxınlarda parlamentdə Ermənistanın qonşuları ilə diplomatik münasibətlərin qurulmasından danışıb, müxalifətçi isə buna etiraz edərək bildirib ki, baş nazir Ermənistandan İsveçin qonşusu kimi danışır. “Mən cavab verdim ki, Skandinaviya və Avropanın tarixini öyrənsək yaxşı olar. Skandinaviyanın həmişə indiki kimi dinc olduğunu düşünsək, yanılırıq. Sonra mənə etiraz etdilər ki, bizdən fərqli olaraq Skandinaviyada soyqırım olmayıb. Bəli, bizimlə Skandinaviya arasında çoxlu fikir ayrılıqları var, amma məncə, məsələ aydındır: tarixi insanlar edir”

Nikol Paşinyan vurğulayıb və əlavə edib ki, Ermənistan Gürcüstan və İranla yaxşı münasibətlərə malikdir və bu münasibətləri yaxşılaşdırmaqda davam etməlidir. Onun sözlərinə görə, indi Ermənistanın Türkiyə və Azərbaycanla demək olar ki, heç bir əlaqəsi yoxdur və bunu dəyişdirmək lazımdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki