image-01-107backend

Nizami Kino Mərkəzində  8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Zəfər naminə” sənədli filmin təqdimatı olub.

image-reklam_sirab_01

Nəsimi rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla, rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin, Vətən Müharibəsi əlillərinin, veteranlarının, rayonun ərazisində fəaliyyət göstərən idarə, təşkilatların rəhbərlərinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş sənədli filmin təqdimatı olub.

İlk olaraq Vətən Müharibəsində həlak olan Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra Nəsimi rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə lentə alınmış sənədli film nümayiş olunub, sonra istedadlı gənc müğənnilər Mirələm Mirələmovun və Elnur Məmmədovun ifasında vətənpərvərlik mövzusunda mahnılar ifa olunub və Azərbaycanın əməkdar artisti Azad Şükürovun səsləndirdiyi şerlər dinlənilib.

Filmin nümayişindən sonra rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər  Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Nəsimi rayon gənclərinin göstərdiyi  qəhrəmanlıq  və şücaətlərdən danışaraq, qeyd edib ki,  bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb.

Tədbirin sonunda vətənpərvərlik mövzusunda ifaları ilə tanınan gənc müğənnilər Mirələm Mirələmova, Elnur Məmmədova, aktyor – Azərbaycanın əməkdar artisti Azad Şükürova, filmin ərsəyə gəlməsində xüsusi rolu olan Elmir Məmmədova, Qafar Məhərrəmova, rayonun ictimai həyatında fəal iştirakları ilə fərqlənən Məmməd Qalayevə və Qabil Qasımova rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki