image-366573_res_01backend

Nobel Arustamyanın Bakıda Avro-2020-yə gəlişi qadağan edildi

image-reklam_sirab_01

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova “Matç TV ” kanalının şərhçisi Nobel Arustamyanın futbol üzrə Avropa çempionatına akkreditasiya aldığını bildirib.

Veteninfo.az xəbər verir ki, M.Zaxarova bu barədə Telegram kanalında yazıb və UEFA-ya təşəkkür edib.

Eyni zamanda, virtualaz.org öz mənbələrindən öyrənib ki, N.Arustamyan dörd oyunun keçiriləcəyi Bakıda matçlara getməyin qadağan edilməsi şərtilə akkreditasiya alıb. Ümumilikdə, Azərbaycanın istədiyi də elə bu idi: qanunlarımızı dəfələrlə pozan, işğal altında olan və indi azad edilmiş ərazilərə Azərbaycanın icazəsi olmadan səfər edən Arustamyanın akkreditasiyasını əngəlləmək. Bakı Təşkilat Komitəsinin Rusiya TV şərhçisinin Avro-2020-nin keçiriləcəyi digər 10 şəhərdə işləmək imkanından məhrum etdirmək məqsədi yox idi.

Bakının qadağasının səbəbi nə ola bilərdi? Güman etmək olar ki, ölkəmiz qanunlarını pozan şəxsi qəbul etmək istəməməklə yanaşı, özünü Arustamyanın mümkün təxribatından qorumaq qərarına gəlib. Erməni tərəfi məşhur şərhçini Bakıya göndərə bilərdi. Təbii ki, Bakı aeroportunda Nobeli, o cümlədən onun öz təhlükəsizliyi ilə bağlı ölkəyə buraxmazdılar. Arustamyanın Avro-2020-nin bütün şəhərlərinə akkreditasiyası olsaydı, bu, ciddi səs-küyə və UEFA tərəfindən təzyiqlərə səbəb olardı. İndi isə”Matç TV”nin  erməni şərhçisinin belə bir imkanı olmayacaq.

Nobel Henrix Mxitaryanın dostudur. 2019-cu ildə Mxitaryan “Arsenal” ın oyunçusu olaraq Azərbaycana qarşı əsl təxribat törətdi. Mxitaryan London klubunun köməyi ilə bütün dünyaya car çəkdi ki, guya Azərbaycan onu Avrokubokun finalında oynamaq imkanından məhrum edir. Ölkəmiz erməni futbolçusuna bütün mümkün təhlükəsizlik zəmanətlərini verəndə isə, gözlənildiyi kimi, Bakıya getməyəcəyini bəyan etdi. Halbuki bu  barədə əvvəlcədən çox gözəl bilirdi. Sadəcə, təxribatçı Henrix finalın təşkilatçısı kimi Azərbaycanı ləkələmək üçün belə bir hoqqaya əl atmaq qərarına gəldi. Bəyəm onun dostu Nobel belə edə bilməzdi ki?!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki