MSK seçkibackend

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar MSK-nın protokolu tərtib edilir

image-reklam_sirab_01

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının protokolu tərtib ediləcək.

Vətəninfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, dairə seçki komissiyaları işinə yekun vurulmuş sayılmalıdır: “Buna görə də protokol tərtib edilməlidir”.

MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, protokolun tərtibi üçün fasilə verilməlidir: “Protokolun hazırlanması üçün rəqəmlərə dəqiq baxılmalıdır. MSK katibi Arifə Muxtarova, Komissiya üzvlərindən İlkin Şahbazov və Ramiz İbrahimov protokolun hazırlanması üçün gedəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki