image-reklam-veteninfo
image-621f75d99969d621f75d99969e1646228953621f75d99969a621f75d99969bbackend

Oğuzda “Mercedes”lə at arabası toqquşub, xəsarət alan var – FOTO

image-reklam-veteninfo

Oğuzda minik avtomobili ilə at arabası toqquşub, xəsarət alan var.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Sincam kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini Əliyev Taleh Gündüz oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən rayonun Sincam kənd sakini Məftun Nəcəf oğlu Nəcəfovun olduğu at arabasını vurub.

Qəza zamanı at arabasında olan arabaçı M. Nəcəfov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı at ölüb.

Faktla bağlı araşdırma aparılır.

image-621f75d98ad86621f75d98ad871646228953621f75d98ad83621f75d98ad85 image-621f75d99969d621f75d99969e1646228953621f75d99969a621f75d99969b


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki