image-1backend

Olimpiya Oyunlarının 2030-cu il üçün keçiriləcəyi yer bəllidir

image-reklam_sirab_01

Olimpiya Oyunları 2030-cu ildə Fransa Alplarında keçiriləcək. Bu qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyasının səsverməsi nəticəsində verilib.

“BOK olaraq, 2030-cu ilin Olimpiya Oyunlarının Fransa Alplarında keçiriləcəyini elan etməkdən şərəf duyuruq, bu zaman BOK-un müəyyən etdiyi şərtlərə əməl olunacaq,” – deyə təşkilatın rəhbəri Tomas Bax bildirib.

Beləliklə, Fransa dördüncü dəfə qış Olimpiadasına ev sahibliyi edəcək. Əvvəlki oyunlar 1924-cü ildə Şamonidə, 1968-ci ildə Qrönobl və 1992-ci ildə Albertvilədə keçirilib.

BOK-un 142-ci sessiyası 23-24 iyul tarixlərində Parisdə keçirilir, bu tarixlər 2024-cü il Yay Olimpiya Oyunlarının başlamasından əvvəlki dövrə təsadüf edir. Bu oyunlar 26 iyulda başlayacaq və 11 avqustda başa çatacaq.

Qış Olimpiadası 2026-cı ildə İtaliyanın Milan və Kortina-d’Ampetsso şəhərlərində keçiriləcək.

Yarışlar 6-22 fevral tarixlərində baş tutacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image