Fransa millisinin keçmiş hücumçusu Olivye Jiru “Real”ın hücumçusu Kilian Mbappeni milli komandada vurduğu qolların sayına görə rekordunu qırdığına görə təbrik edib.
Vətəninfo.az BBC-yə istinadən xəbər verir ki, Jiru “Təbrik edirəm, Kilian. Bu, tamamilə gözlənilən idi. O, bütün rekordları qıracaq. Mən onun üçün çox xoşbəxtəm”, – deyə bildirib.
Xatırladaq ki, Dünya Kuboku qrup mərhələsinin ilk turunda Fransa millisi Seneqal millisini 3:1 hesabı ilə məğlub etmişdi. 27 yaşlı Mbappe iki qol vuraraq 58 qolla Fransa millisinin tarixində ən çox qol vuran oyunçu oldu və Jirudan (57 qol) bir qolla geridə qaldı.
İkinci turda Fransa 22 iyunda İraqla, Seneqal isə Norveçlə qarşılaşacaq.


























