image-1671957345_1671949309378095435_367x266backend

On dördüncü gün: Sülhməramlıların biganəliyi vəziyyəti ağırlaşdırır – TƏHLİL

image-reklam_sirab_01
Bu gün Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın on dördüncü günüdür. Aksiya iştirakçılarının başlıca məqsədi dəyişməz olaraq qalır. Onlar erməni vandallarının Qarabağ ərazisində ekologiya və ətraf mühitə vurduğu ziyanı qəti şəkildə pisləyir, Azərbaycanın təbii sərvətlərinin talan edilməsinin qarşısını almağı israrla tələb edirlər. Etirazlar bu saatlarda da yüksək vətənpərvərlik əzmində davam edir. Aksiyanın ilk günündən qeyri-hökumət təşkilatlarının üzvləri, ekofəallar və könüllü vətəndaşların tələbləri humanitar fəaliyyəti təşviq etmək məqsədi daşıyır. Etirazların ən önəmli əhəmiyyəti, aksiyada səslənən çağırışlarla dünya ictimaiyyətini bu cinayətdən xəbərdar etməkdir.
Ekoloji mühafizə uğrunda savaş
On dörd gündür Azərbaycan vətəndaşının soyuq və sərt hava şəraitində milli maraqların qorunmasında göstərdiyi hünər onun prinsipial və tələbkar olmasından xəbər verir. Heç də siyasi olmayan bu aksiya humanitar məqsədlərə xidmət edir, məramı istismara və talançılığa qarşıdır. Etirazçılar bildirirlər ki, aksiya Azərbaycanın haqlı mübarizəsidir və müsbət nəticə ilə sonuclanmalıdır. Onların qətiyyəti göstərir ki, Rusiya sülhməramlıları aksiyada səslənən tələblərə biganə qaldıqca, durumu ağırlaşdırırlar. Sülhməramlıların Qarabağ ərazində ekoloji cinayətin qarşısını almaqda maraqlı görünməmələri bu prosesi uzada biləcək başlıca amillərdəndir. Bütün bunlar aksiyanın daha geniş vüsət almasına təkan verə bilər. Bu, onu göstərir ki, sülhməramlılar bir sıra öhdəlikləri yerinə yetirmədikcə, gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin məsuliyyətini öz üzərlərinə yükləmiş olurlar. On dörd gündə aksiyanın gedişi göstərir ki, tələblər beynəlxalq hüququn prinsiplərinə uyğundur. Bu, Azərbaycanın öz ərazilərinin ekoloji mühafizəsi uğrunda savaşıdır.
Azərbaycan mediası erməni yalanlarını ifşa edir
Aksiyanın ilk günündən Azərbaycan jurnalistləri də burada baş verənləri yaxından izləyirlər. Onlar ərazidə yaşananları və hadislərin ümumi gedişini operativ şəkildə vaxtaşırı işıqlandırırlar. Jurnalistlər dünya ictimaiyyəti və beynəlxalq təşkilatları aksiyanın tələblərindən irəli gələn şüar və çağırışlarla anındaca xəbərdar edirlər. Medianın aksiya ilə bağlı həqiqəti yazıb göstərməsi Ermənistan tərəfinin bu aksiyaya aid bütün yanaşmasını və ölkəmiz əleyhinə uydurma təbliğatını alt-üst edir. Azərbaycan jurnalisti buradan dünyaya həm də erməni xislətinin avantüristliyini göstərir. Xankəndidə yaşayan ermənilər aksiyanın təşkil olunduğu ərazidən hər zaman istədikləri kimi istifadə ediblər. Bu gün də Laçın- Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır. Sadəcə, qarşı tərəf anlamalıdır ki, regionda sülh təşəbbüskarı olan Azərbaycanın tələblərinə riayət etmək onların gələcək rifahına təminat verir. Dövlətimiz hər zaman regionda sülhün tərəfdarı və təşəbbüskarı kimi çıxış edib. Otuz ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan ölkəmizin ərazisində dəfələrlə terror və təxribat törədib. İndiyə kimi qarşı tərəfin ölkəmiz əleyhinə törətdiyi məqsədli təxribat və cinayətləri bəlkə də tarixin bir neçə səhifəsini təşkil edir. Görünən odur ki, Ermənistan adət etdiyi bu işin başını hələ də buraxmaq istəmir.
Ermənistan saxta informasiyalar ümidində
Bu gün ermənilər vətəndaşlarımızın dinc aksiyasını dünyaya yol kəsmək kimi sırımaq istəyirlər. Bu cur ağappaq yalan burulğanlarını yalnız Ermənistan kimi dövlətlərin təbiəti yarada bilir. Onlar baş verənlərdən nəticə çıxarmaq istəmirlər, öz cinayətkar əməllərini davam etdirərək saxta informasiyalar yayır, dünya ictimaiyyətini aldatmaq istəyirlər. Öz havadarlarından başqa heç bir dövlət buna məhəl qoymur. Laçın-Xankəndi yolundakı aksiya ilə bağlı onların yaydığı xəbərlər də saxta informasiyaların tərkib hissəsidir. Azərbaycan insanı nəyin bahasına olursa-olsun, erməni separatçı və revanşistlərin qanunsuz taladığı sərvətlərinin xaricə daşınmasını önləməkdə haqlıdır. Erməni yalanı bu dəfə də bəhər verməyəcək. Elə etirazçılar da on dörd gündür, bunu deyirlər…
Xatırladaq ki, dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Dekabrın 12-dən isə həmin ərazilərdə monitorinqlərin aparılması, qanunsuz istismarın dayandırılması məqsədilə Laçın-Xankəndi yolunda dinc şəkildə etiraz aksiyası keçirilir.(Azərtac)
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki