image-1backend

Otamendi: Bu, tarixi biabırçılıqdır

image-reklam_sirab_01

Argentina futbol komandasının müdafiəçisi Nikolas Otamendi Paris Olimpiadasının futbol turnirinin ilk turunda baş verən qalmaqala münasibət bildirib.

Vətəninfo.az xəbər verir ki, Argentina Mərakeşə 1:2 hesabı ilə uduzub . Argentinalıların əlavə olunmuş vaxtın 16-cı dəqiqəsində vurduğu qoldan sonra tribunalarda iğtişaşlar başlayıb, mərakeşli azarkeşlər meydançaya soxulub.

İki saat sonra yenidən başlayan matçda hakim VAR-ın köməyi ilə argentinalıların ikinci qolunun təkrarına baxıb və onu ləğv edib.

“Bu, tarixi biabırçılıqdır. Bu, əvvəllər heç vaxt olmamışdı. Mərakeş yığması meydana qayıtmaq istəməyib. Biz də bunun əleyhinə idik. 1 saat 40 dəqiqə gözlədik. Heç kim bizə heç nə demədi”, – Otamendi deyib.

Sufian Rəhimi Mərakeş millisinin heyətində dubla imza atıb. Argentinanın yeganə qolunu Culiano Simeone vurub.

https://x.com/i/status/1816165750769434861


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image