image-6220522c42c206220522c42c211646285356df3c1634965e304c51ca7554d7471f78-1backend

Ötən ay KTM-yə zəhərlənmə ilə bağlı 716 nəfər müraciət edib

image-reklam_sirab_01

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 716 nəfər müraciət edib.

Mərkəzin mətbuat xidmətindən verilən xəbərə görə, onlardan 118-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Qəbul olan xəstələrdən 55-i dərmandan, 14-ü sirkə turşusundan, 13-ü dəm qazından, 11-i etil spirtindən, 1-i göbələkdən zəhərlənib. Digərlərindən 10-u anaflaksiya səbəbindən, 7-si allergik reaksiyadan, 7-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 54-ü qadın, 50-si kişi, 14-ü uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 118 nəfərdən (3 qadın, 5 kişi) 8-nin həyatını xilas etmək mümkün olmayıb


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image