Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 6-da ümumi çəkisi 65 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Vətəninfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,5 kiloqrama yaxın heroin, 63 kiloqramdan artıq marixuana və 500 qrama yaxın metamfetamin olub.