Ötən il Azərbaycanda 1536 nəfər məişət zorakılığından zərər çəkib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.
Bildirilib ki, 2021-ci ildə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkən 24153 nəfərin 1536-sı və ya 6,4 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir.
Həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 18,2 faiz artıb. Onların da 78,5 faizini qadınlar (22,1 faiz artım), 0,7 faizini (1,5 dəfə azalma) isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8,5 faiz artaraq 64 nəfər (onlardan 46-sı qadınlar) olub.