image-45backend

Özbəkistan Prezidentinin andiçmə mərasimi keçirilib

image-reklam_sirab_01

Özbəkistanda parlamentin hər iki palatasının birgə iclasında ölkənin köhnə – yeni Prezidenti Şavkat Mirziyoyevin andiçmə mərasimi keçirilib.

Veteninfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, mərasimdən əvvəl oktyabrda təsdiq edilmiş Özbəkistan Prezidentinin ştandartı və nişanı ilk dəfə Senatın zalına gətirilib.

Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev Ş.Mirziyoyevə Özbəkistan Prezidentinin yeni vəsiqəsini təqdim edib.

Ardından yenidən dövlət başçısı seçilmiş Mirziyoyev konstitusiyaya və “Quran”a əl basaraq and içib, respublikanın konstitusiyasına və qanunlarına ciddi əməl edəcəyinə, vətəndaşların hüquq və azadlıqlarına təminat verəcəyinə, üzərinə düşən işləri vicdanla yerinə yetirəcəyinə söz verib.

Xatırladaq ki, Özbəkistanda prezident seçkiləri beş ildən bir keçirilir. Növbəti seçki oktyabrın 24-də keçirilib. MSK bütün bülletenləri hesabladıqdan sonra Mirziyoyevin 80,12% səs toplayaraq qalib gəldiyini açıqlayıb. Onu da qeyd edək ki, 2016-cı ilin dekabrında keçirilən prezident seçkilərində Mirziyoyev 88,6% səs toplamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki