image-23backend

Pakistan səfiri Azərbaycanı Qələbənin ildönümü münasibətilə təbrik edib

image-reklam_sirab_01

“44 günlük müharibədə qazanılan qələbənin birinci ildönümü Azərbaycan xalqı üçün, eləcə də Qarabağ məsələsində Azərbaycana dəstək olan dostları üçün böyük hadisədir”.

Bunu “Report”a Pakistanın Azərbaycandakı səfiri Bilal Hai deyib.

“Biz çox şadıq ki, bu məsələ nəhayət öz həllini tapıb və əvvəllər işğal altında olan torpaqlar artıq azad edilib”, – səfir bildirib.

B.Hai Azərbaycanı qələbənin ildönümü münasibətilə təbrik edib və əlavə edib ki, Azərbaycan xalqı dostlarının köməyi ilə işğaldan azad edilmiş rayonları bərpa edəcək və yenidən quracaq.

“Bu, məcburi köçkünlər üçün böyük sevincdir, indi onlar öz doğma torpaqlarına qayıda biləcəklər”, – səfir vurğulayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki