image-imagesbackend

Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı

image-reklam_sirab_01

İsdər indi, isdər keçmişdə hər zaman zərərli, ölümcül , fəsadlar törədən viruslar var olmuşdur, olacağda. İnsanlar ta qədim zamanda müxtəlif epidemiyadan əziyyət çəkiblər. Bu mübarizədə milyonlarla insan həlak olub. (Taun., Qiçs., Sars., Donuz., Ebola ….. və s… ) və indi 1 ildən çoxdur ki , dünyanı , iqtisadiyyatı məhv edən Koronavirus (Covid-19) .
1. “Yustinian taunu” yazılı mənbələrdə ilk qeydə alınan taun epidemiyasıdır. Bu dəhşətli bəla VI əsrin ortalarından VIII əsrin ortalarınadək davam edib. Xəstəlik bütün dünyada on milyonlarla insanı, təkcə Avropada 25 milyon insanın ölümünə səbəb olub. O dövrün ən böyük şəhərlərindən olan Konstantinopol (indiki İstanbul) əhalisinin üçdə ikisi həlak olub.
2. “Qiçs” 20-ci əsrin ortalarında, meymunlardan insanlara keçdiyi ehtimal olunan bu virusa ilk dəfə 1959-cu ildə Konqoda rast gəlinib. Ancaq onun diaqnozu və adı yalnız 1980-ci illərdə elan edildi. Son 30 ildə 36 milyon insanın həyatına son qoyan virusun müalicəsi hələ də yoxdur. Xəstəliyə yoluxduqdan sonra ehtiyat tədbirləri görmək və ömür boyu dərman müalicəsi tətbiq etmək lazımdır.
3. “Sars” Şiddətli kəskin tənəffüs yolu sindromu ilə müşahidə olunan virus ilk dəfə 2003-ci ilin fevral ayında Avropa, Şimali Amerika və Asiyada müşahidə olunub. Virus qısa müddətdə Honq-Konqdan sonra 37 ölkədə yayılıb. 2002-2003-cü illər arasında 8 422 nəfər SARS-a yoluxub. Onlardan 916-sı vəfat edib. Lakin 2004-ci ildən bu yana dünyanın hər hansı bir yerində SARS-Cov infeksiyasına rast gəlinməyib.
4. “Donuz qripi”nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.
Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çox olub
5. “Ebola” virusu Qərbi Afrikada yayılıb və 4 minə yaxın insanın ölümünə səbəb olub. Bu, 40 il əvvəl aşkar edilmiş virusun törətdiyi ən geniş epidemiya halıdır.
Ümümdünya Səhiyyə Təşkilatına əsasən, virusa 8 min adam yoluxub.

İnsan həyatını məhv edən bu xəsdəliklər, viruslar zaman zaman adiləşmiş, insanlar üçün normallaşmışdır.
Uzun illərdən sonra dünyanı məhv edən “Covid-19” virusu :
2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarında yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Azərbaycanda COVİD-19 virusuna yoluxma 273869-dur.
Azərbaycan dövləti bu xəsdəliyin qarşısın almaq üçün ciddi addımlar atdı.
Online təhsil sisteminə keçid olundu, ticarət mərkəzləri ( restoranlar…), vətəndaşların sıx axın etdiyi hər bir yer bağladıldı. Toy və Şənliklər insan toplumunun ən çox olduğu mühitlərə bir müddətlik qadağa edildi. Metrolar 1 ilə yaxındır ki , artıq fəaliyyətin dayandırmışdı. Sms – lə icazə alınaraq 2 və ya 3 saat müddətində işlərimizi həll etmək , online növbələr və s…
Ən əsası dövlət sərhədlərinin bağlanması , xaricə çıxışın dayandırılması mühüm rol oynadı. Buna görədə Azərbaycan pandemiya dövründə ən az zərər çəkən dövlət oldu.

Azərbaycan Dillər Universiteti
Orucova Fatimə Rafiq

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki