image-7backend

Pandemiya Yaponiyada intiharların sayını artırıb

image-reklam_sirab_01

2020-ci ildə Yaponiyada intiharların sayı son 11 ildə ilk dəfə pandemiyanın yaratdığı problemlərin birbaşa nəticəsi olaraq artıb.

Veteninfo.az xəbər verir ki, bu barədə çərşənbə axşamı hökumətin Nazirlər Kabinetinin iclasında təsdiq edilmiş hesabatında bildirilir.

Qeyd edilir ki, ötən il ölkədə 21 mindən çox insan həyatına son qoyub, bu da əvvəlki illə müqayisədə 912 nəfər çoxdur. Hesabata əsasən artım işləyən qadınlar arasında intiharların sayının çoxalması ilə bağlıdır. Onların əksəriyyəti saatlıq və ya müvəqqəti müqavilə əsasında işə götürülüb, müxtəlif karantin məhdudiyyətləri səbəbindən işdən çıxarılma və ödənişlərdə azalmalardan ən çox təsirə məruz qalan sosial qruplar arasında olub.

Yaponiyada 2019-cu ildə 1978-ci ildən bu günə kimi ən aşağı intihar səviyyəsi qeydə alınıb. İntiharların sayı ardıcıl on ildir ki, azalıb, lakin koronavirusun yayılması bu müsbət tendensiyaya son qoyub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki