image-38backend

Parisdə AŞPA-nın Monitorinq komitəsinin iclası keçiriləcək

image-reklam_sirab_01

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Monitorinq komitəsinin iclasında iştirak etmək üçün dekabrın 13-də Fransanın paytaxtı Parisə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, AŞPA-nın Monitorinq komitəsində qurumun monitorinq proseduruna dair, bir sıra üzv ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə baxılacaq, komitənin növbəti iclasının yeri və vaxtı müəyyən ediləcək.

Milli Məclisin komitə sədri Səməd Seyidov müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcək.

Səfər dekabrın 15-də başa çatacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki