image-250px-ilham_aliyev_attended_the_first_session_of_the_azerbaijani_parliaments_fifth_convocation_06backend

Parlamentdə şəhidlərin xatirəsi anıldı

image-reklam_sirab_01

Milli Məclisin payız sessiyasının ilk plenar iclası işinə başlayıb.

Veteninfo.az xəbər verir ki, parlament sədri Sahibə Qafarova payız sessiyasını açıq elan edib, Dövlət Himni oxunub.

Sahibə Qafarova 27 sentyabr Anım günü ilə bağlı danışıb.

“3 gün bundan əvvəl ölkəmizdə Anım günü qeyd edildi. Bakı şəhərində keçirilmiş yürüşdə Ali Baş Komandan İlham Əliyev və birinci Vitse-prezident Mehriban Əliyeva iştirak etdilər”.

Sədrin sözlərinə görə, dövlət başçısı xalqa etdiyi müraciətdə böyük qələbəmizi şərtləndirən amillərlə bağlı xalqa geniş məlumat verib.

“Dövlət başçısı bundan sonra Azərbaycan dövlətinin qalib dövlət, Azərbaycan xalqının qalib xalq kimi əbədi yaşayacağını bildirdi. Bu möhtəşəm qələbəni xalqımıza bəxş etmiş İlham Əliyevə və müzəffər əsgər və zabitlərimizə minnətdarlığımı ifadə etmək istəyirəm”.

Sədrin təklifi ilə Birinci və İkinci Qarabağ müharibələrində və digər vətən və xalq yolunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəli sükutla yad edilib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki