image-resize-4backend

Paşinyan onu söyənləri döymək əmri verdi

image-reklam_sirab_01

“Ermənistanın baş naziri onu “xain” adlandıranları hər kəsi döymək əmrini verib”.

 

Veteninfo.az  xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri qeyd edir: “Vətəndaş Müqaviləsi”nə yaxın olan mənbəmiz Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bundan sonra təşviqat işlərinin rahat getməsi və başqalarına bir dərs vermək üçün onu “xain” adlandıranların yerindəcə döyülməsinə dair təlimat verdiyini söyləyib”.

“Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır. “Kampaniyanın ilk günündə Ermənistanın baş naziri vəzifəsini icra edən şəxsin tərəfdarları, bəzi məlumatlara görə, Armavir bölgəsindəki iş adamı Xaçatur Sukiasyanın mühafizəçiləri ilə birlikdə Paşinyanı “xain” adlandıran vətəndaşı döyüblər. Bizə zəng edən bir vətəndaş bu yaxınlarda İrəvanın Şimal prospektində oxşar bir hadisənin baş verdiyini söyləyib: Paşinyana qarşı “xain” ifadəsini səsləndirən vətəndaş döyülüb. Bir neçə gün əvvəl Vanadzorda Paşinyanın əleyhinə danışan bir vətəndaş küçədə bir avtomobilə dürtərək harasa aparıblar. Paşinyanın tənqidçiləri üçün ən ciddi cəza isə 20 iyundan sonra veriləcək. Səlahiyyətlilər bununla bağlı böyük planlar qururlar”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki