image-1backend

Paşinyan tərəddüd içərisindədir: Nikol Zelenskiyə zəmanət verə bilmir

image-reklam_sirab_01

Son günlər Ukrayna prezidenti Volodimir  Zelenskinin İrəvana səfərə gələcəyi ilə bağlı xəbərlər yayılıb. Bunun ardınca Rusiya Zelenskinin Ermənistana səfəri ilə bağlı açıqlaması yayıldı. Bir sözlə bu açıqlamada rəsmi Moskva Zelenskinin İrəvanda həbs edilə biləcəyi işarəsini verdi. Maraqlıdır Zelenski niyə Tiflisə deyil, Bakıya deyil İrəvana səfər etmək fikrinə düşüb? Zelenskinin  Ermənistana səfər etmək arzusu elə Ermənistanda da birmənalı qarşılanmayıb.  Ermənil siyasətçilər hesab edir ki, Zelenskinin İrəvana səfəri Ermənistanın çıxılmaz bir dalanda tələyə salınmasına səbəb ola bilər.

Paşinyanın Ermənistanın KTMT ilə münasibətlərini dondurması ilə bağlı açıqlaması Rusiyanın nəbzinin yoxlanılması idi. İstər Rusiya rəsmiləri, istərsə də KTMT-də söz sahibi olanlar Paşinyanın bu açıqlamasını qınadılar. Erməni siyasətçi və jurnalist Edik Andreasyan hesab edir ki, Zelenskinin Ermənistana gəlməsi ilə Paşinyanın Ukraynaya getməsi eynidir. “İstisna etmirəm, bəlkə bir gün Zelenskinin yavaş-yavaş İrəvana çatdığını elan edəcəklər. Amma bu, Zelenskinin İrəvana çatacağı anlamına gəlməyəcək. Eyni şəkildə Kiyevə yalnız Anna Akopyan çatacaq, Nikol Paşinyana çatmayacaq. Zelenski İrəvanda həbs olunacaq. Zelenski bunu Paşinyanın britaniyalı jurnalistə verdiyi müsahibəsindən də bilir. Paşinyan deyib ki, Putinin Ermənistanda həbs edilib-edilməyəcəyini bilmirəm, çünki o, belə işlərə qarışmır və buna Ermənistan  hüquq-mühafizə orqanlarının əməkdaşları qərar verir. Zelenski bu müsahibəni dinlədi və bir şeyi anladı: əgər Paşinyanın Putini həbs etməyə cəsarəti çatmırsa, o zaman Zelenskini həbs etməməyə haradan cəsarət tapıb? Bu an həqiqətən möhtəşəmdir. Onu da qeyd edək ki, Zelenskinin Ermənistanda həbsi ilə bağlı nəinki Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları, hətta Ermənistanda fəaliyyəti hələ heç kim tərəfindən qadağan olunmayan Rusiya Federasiyasının xüsusi xidmət orqanları da qərar verə bilər.” -deyə Edik Andreasyan bildirib.

Bir sözlə indiki reallıqda Zelenskinin İrəvana səfər etməyəcəyi bəllidir. Çünki Zelenskinin səfəri Cənubi Qafqazda yeni bir gərginliyə səbəb ola bilər. Çünki artıq İrəvanda anlayırlar ki, Rusiya qisas hissi ilə alışıb yanır və istənilən rəsmi Moskva İrəvandan bu qisası alacaq. Bir sözlə İrəvan Zelenskinin səfərinə təhlükəsizlik zəmanəti verə bilmir. Məhz buna görə Ukrayna prezidentinin İrəvana səfəri sual altındadır.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki