image-002-5backend

Paytaxtdakı ictimai çimərliklərdə yay mövsümünə hazırlıq başa çatıb

image-reklam_sirab_01

Qarşıdan gələn yay çimərlik mövsümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklərdə movsümə hazırlıq işləri başa çatıb.  2 ildır ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə – ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər  şəhər sakinlərinin Leyla xanım Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb. Burada yaradılan şərait və ən başlıcası isə pulsuz xidmət göstərilməsi  Bakı sakinləri və şəhərimizin qonaqlarının böyük rəğbətini qazanıb.

Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılılıb, digər təmizlik işləri görülüb. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılır, qaydaya salınır, cari təmir işləri, bir sıra yerlərinin rənglənməsi aparılır.

COVİD 19 pandemiyasının hələ də davam etməsi ilə əlaqədar   vətəndaşların sağlamlıqlarının qorunması məqsədi ilə hər bir çimərlikdə mövcud epidemioloji vəziyyətə uyğun tədbirlər nəzərdə tutulub. Çimərlik ərazilərində maafirləndirici lövhələr, poster və elanlar yenilənir.

Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılacaqdır.

Qeyd edilməlidir ki, paytaxtda çimərlik mövsümünün başlanmasının vaxtının təyin edilməsi və burada istirahət qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və təlimatları əsasında həyata keçiriləcəkdir.

 

 

 

 

 

 

 

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki