Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.
Vətəninfo.az Penitensiar xidmətə istinadən xəbər verir ki, əməliyyat nəticəsində Həsənov Asim Vaqif oğluna məxsus bir ədəd “Makarov” markalı tapança və 7 ədəd güllə Şəmkir rayonu, Təzəkənd ərazisində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.