image-modern-az-08-06-2021-1623145436backend

Pensiya və müavinətlər bu qaydada artırılacaq

image-reklam_sirab_01

“Əlilliklə bağlı 60 qanuna 197 dəyişiklik ediləcək”.

Veteninfo.az -ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, burada əsas məqsəd əlillik təyinatında ünvanlılığın, şəffaflığın, sosial ədalətin təmin edilməsidir:

“Dəyişiklik qəbul ediləndən sonra ənənəvi 3 əlillik dərəcəsi deyil, orqanizmin funksiyalarının 30%-dən yuxarı itirilməsinə görə qiymətləndiriləcək. Bu dəyişikliyin əhəmiyyəti ondan ibarətdir ki, mövcud 3 əllilik dərəcəsi əlilliyə münasibətdə diferensiallıq tətbiq etmək üçün kifayət etmir. Yaxın gələcəkdə sosial müavinət və pensiya təminatının faizlər səviyyəsində dəqiq diferensiallaşdıırlmasına imkan yaradılacaq. Bu dəyişikliklər zərfi qəbul edildikdən sonra “Sosial müavinətlər” və “Əmək pensiyaları” haqqında qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur. Yaxın gələcəkdə aparılacaq islahatların növbəti mərhələsində pensiyaların və müavinətlərin orqanizmin funksiyalarının pozulma faizinə uyğun şəkildə artırmaqla, əlilliyi olan şəxslərin sosial müdafiəsini, daha ədalətli və etibarlı şəkildə təmin edə biləcəyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki