image-4backend

Pentaqon: “Hərbçilərimizin Kabildə 10 mülki şəxsi öldürməsində qanun pozuntusu yoxdur”

image-reklam_sirab_01

ABŞ-ın Müdafiə Nazirliyinin apardığı araşdırma avqustun sonunda Əfqanıstanın paytaxtı Kabildə 10 mülki şəxsin ölümü ilə nəticələnən hava hücumunda qanun pozuntusu aşkarlamayıb.

Veteninfo.az xəbər verir ki, bu barədə çərşənbə günü keçirdiyi brifinqdə ABŞ Hərbi Hava Qüvvələrinin baş müfəttişi general Sami Said bildirib.

O, “Müdafiə Nazirliyinin daha əvvəl etiraf etdiyi kimi, zərbə 3 kişi və 7 uşaq olmaqla 10 mülki şəxsin həyatına son qoyub” – deyərək bir addımın “özünümüdafiə məqsədilə” atıldığını qeyd edib. General təhqiqat zamanı müharibə qaydalarının hər hansı pozuntusunun aşkarlanmadığını deyib. Sami Said “zərbədə qeyri-dəqiqliklər”in, habelə “məlumatlandırmada səhvlər və dinc əhalinin ölümünə səbəb olan rabitənin kəsilməsi”nin olduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki