“Real Madrid”in prezidenti Florentino Perez qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə portuqaliyalı Joze Mourinyonu komandanın baş məşqçisi təyin edəcəyini təsdiqləyib. Vətəninfo.az xəbər verir ki, bu barədə Perezin seçki qərargahı tərəfindən yayımlanan videoda bildirilir.
Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər Kral komandasına rəhbərlik edərək İspaniya çempionu, kuboku və superkubok titullarını qazanıb.
“Real Madrid”in prezident seçkiləri 7 iyunda keçiriləcək. Bu vəzifə uğrunda Peres və iş adamı Enrike Rikelme mübarizə aparır.


























