Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ilə müharibədə qələbənin çox yaxın olduğunu və Rusiyanın uğur qazanacağına əmin olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, Peskov Rusiya prezidenti Vladimir Putinin BRICS sammitində iştirak etmək üçün Hindistana yola düşməsindən əvvəl keçirilən brifinqdə jurnalistlərə açıqlamasında deyib: “Qələbənin çox yaxın olduğuna əminik”.
Onun sözlərinə görə, münaqişəni Rusiya başlatmayıb, əksinə, daha əvvəl başlayan müharibəni dayandırmağa çalışır.
Peskov əlavə edib ki, “Əgər Kiyev çox çətin qərarlar üçün məsuliyyəti öz üzərinə götürsəydi, münaqişə çoxdan bitmiş olardı”.


























