image-reklam-veteninfo
image-img_20260828_103118backend

Pezeşkian Urmu gölünün bərpası ilə bağlı xüsusi göstərişlər verib 

image-reklam-veteninfo

İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Şina Ənsari bildirib ki, prezident Məsud Pezeşkian hətta müharibə dövründə də ətraf mühit diplomatiyasını diqqətdə saxlayıb.

Vətəninfo.az xəbər verir ki, Ənsarinin sözlərinə görə, Urmu gölünün vəziyyəti hələ ekoloji standartlara uyğun səviyyəyə çatmayıb, ancaq göldə tədricən yaxşılaşma müşahidə olunur. O, bu müsbət tendensiyanın əsas səbəblərindən birinin yağıntıların artması olduğunu, Pezeşkianın xüsusi göstərişlərinin də prosesə təsir etdiyini qeyd edib.

Ənsari bildirib ki, prezident bataqlıq ərazilərə, xüsusilə də Urmu gölünə ekoloji su axınının təmin edilməsinə daim xüsusi diqqət yetirib.

O əlavə edib ki, Pezeşkian ictimai təbliğata və diqqət cəlb etməyə üstünlük verməsə də, məsələləri daim yerində izləyir və onların həlli ilə məşğul olur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki