image-1backend

Pochettino ABŞ komandasına baş məşqçi təyin edildi

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, argentinalı Maurisio Poçettino ABŞ futbol komandasının baş məşqçisi təyin edilib.

52 yaşlı mütəxəssisin müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Turnir ABŞ, Kanada və Meksikada keçiriləcək. ABŞ komandası seçmə mərhələdən azad edilib.

Millinin baş məşqçi postu Qreq Berhalterin gedişindən sonra boş qalmışdı.

Maurisio Poçettino keçən mövsüm Londonda “Çelsi”dən qovulduqdan sonra məşqçi işi yox idi. O, həmçinin İspaniyanın “Espanyol”, İngiltərənin “Sauthempton” və “Tottenhem”, Paris PSJ-yə rəhbərlik edib.

Poçettinonun rəhbərliyi altında ABŞ yığması ilk oyununu oktyabrın 12-də keçirəcək, yoldaşlıq görüşündə Panama yığmasını qəbul edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image