image-1backend

Pol Poqba “Yuventus”u tərk edir

image-reklam_sirab_01

Fransanın “Marsel” klubu “Yuventus”un 31 yaşlı yarımmüdafiəçisi Pol Poqba ilə maraqlanır. Sonuncu gələn ilin yazından futbol matçlarında iştirak edə bilər, çünki həmin vaxt dopinq qəbul etdiyinə görə diskvalifikasiya müddəti başa çatır. Vətəninfo.az xəbər verir ki, bu barədə Le10sport.com məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda “Marsel” hələ fransalı idmançıya konkret təkliflər etməyib. Lakin klubun baş məşqçisi Roberto de Dzerbi onun namizədliyini təsdiq edərsə, klub təkliflə çıxış edəcək. Qeyd edək ki, məhkəmə daha əvvəl Poqbanın 4 il idmandan uzaqlaşdırılacağını müəyyən etsə də, İdman Arbitraj Məhkəməsi həmin müddəti 18 aya endirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image