Polis əməkdaşları hərəkətin intensiv olduğu avtomobil yollarında gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
Vətəninfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Qeyd olunub ki, respublika ərazisində, xüsusilə də paytaxtın avtomobil yollarında hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları fasiləsiz xidmət aparırlar. Onlar tərəfindən mütəmadi olaraq profilaktik-maarifləndirmə tədbirləri keçirilir.