image-photo-2021-11-10-09-13-09-3backend

Prezident İlham Əliyevin VIII Qlobal Bakı Forumunun açılışı zamanı çıxışı

image-reklam_sirab_01

Prezident İlham Əliyevin çıxışı:

-Hörmətli dostlar, hörmətli xanımlar və cənablar, hörmətli Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, hörmətli iştirakçılar. Sizin hamınızı salamlayıram. Bizimlə olduğunuza görə sizə təşəkkürümü bildirmək istəyirəm.

Mərkəzin həmsədrləri ilə 2021-ci ildə keçiriləcək illik Qlobal Bakı Forumunu müzakirə edəndə biz burada – Bakıda belə geniş təqdimatların olacağını heç təsəvvürümüzə belə gətirə bilməzdik. Bu, birinci növbədə onu göstərir ki, COVID ilə bağlı vəziyyət yaxşılaşır. İkinci növbədə isə, əlbəttə ki, həmçinin onu göstərir ki, siz bu tədbirə böyük əhəmiyyət verirsiniz. Çünki Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib.

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs ilə çıxış etmişdir. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır.

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir.

Azərbaycan qazı ilə təchiz edilən ölkələrdə nə qaz böhranı, nə qiymət böhranı və nə də soyuqdan donma var. Cənub Qaz Dəhlizinin tikintisi strateji əhəmiyyət daşıyır. 2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi – Trans-Adriatik boru kəməri istismara verilmişdir. Bu, Azərbaycan, qonşularımız və Avropa üçün tarixi nailiyyətdir, çünki o, Avropanın enerji təhlükəsizliyinin mühüm meyarıdır. Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıq Avropa bazarındadır. Bu il yanvarın 1-dən etibarən oktyabrın 31-dək, yəni on ay ərzində, Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib – Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstan. Bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilmişdir.

Bu gün dünyanı maraq dairəsinə cəlb edən koronavirus pandemiyası çox təhlükəli bəlaya çevrilib. Hər bir dövlət pandemiyaya qarşı mübarizədə olduqca önəmli tədbirlər həyata keçirir. Yüksək yoluxucu qabiliyyətinə malik olan bu virus 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamışdı və bütün dünyanı əhatə etmişdi. Zərərli vərdişləri olan, 65 yaşdan yuxarı olan və s. kimi xüsusiyyətləri ilə seçilən şəxslər bu xəstəliyi ağır formada keçirir və onlar arasında ölüm faizi yüksək olur..Azərbaycan Respublikasında isə bu virus 2020-ci il 28 fevral tarixindən vətəndaşların ilkin yoluxmaları qeydə alınmışdır. Ölkəmizdə virusun yayılmasının qarşısını almaq üçün mühüm işlər görülüb,bu iş davam etdirilir və etdirilməkdədir..Respublikamızda pandemiyanın yayılmasının qarşısını almaq üçün ciddi karantin rejimi tətbiq olunurdu, modul tipli tibb müəssisələri qurulmuşdu, tibbi maska istehsal edən müəssisələr yaradılmışdı. Pandemiyanın yayılmasının qarşısını almaq üçün təkcə dövlət deyil, hər bir vətəndaş qətiyyətlə mübarizə aparmalıdır.Bu sahədə bir nəfərin məsuliyyətsizliyi, səhlənkarlığı, yüzlərlə, minlərlə insanın virusa yoluxmasına gətirib çıxarar. Tibbi maska taxmaq, sosial məsafə gözləmək, gigiyenik qaydalara riayət etmək hazırkı şəraitdə virusdan qorunmağın yeganə yoludur.Bununla biz həm özümüzü, həm ailəmizi, həm də xalqımızı virusdan qoruya bilərik.

Koronavirus peyvəndi pandemiyadan çıxış yoludur. Peyvənd edilən şəxs həm özünü, həm də ətrafdakı insanları qoruyur. Koronavirus vaksinləri yəni peyvəndlər Avropadakı səlahiyyətlilər tərəfindən ciddi şəkildə sınaqdan keçirilib.Az sayda insanların şikayətləri olur ki bu da peyvənd olunan zaman qolunda qızartı, şişlik, dərinin istiləşməsi və ya ağrı baş verə bilər. Bunun xaricində baş ağrısı, halsızlıq və hərarət kimi şikayətlər meydana gələ bilər. Bu kimi şikayətlər bədənin vaksinə normal cavabıdır. Bu şikayətlər həyəcan verici deyil və olacaq öz -özünə keçir. Ancaq peyvənddən sonra bir müddət bütün maska, məsafə və təmizlik tədbirlərinə riayət etmək lazım gəlir. Əhalinin böyük bir hissəsi Covid-19 əleyhinə peyvənd olunaraq peyvənd olunarsa, xəstəliyin başqalarına ötürülməsi azalda bilər.

Peyvənd nə zaman vurulmur sualına cavab versək – Hələ də koronavirus xəstəliyindən əziyyət çəkənlərə, qripə yoluxanlara və ya hərarəti soyuq olanlara peyvənd edilməməlidir. Bu vəziyyətdə olan xəstələr, peyvənd vurulmazdan əvvəl sağlamlıqlarının bərpasını gözləməlidirlər. Eyni qayda karantində olan insanlar üçün də keçərlidir. Bu insanların əvvəlcə karantin müddətini doldurması və peyvənd alması ancaq koronavirus olmadığını başa düşdükdən sonra mümkündür. Həkimlər, insanların peyvənd edilməsinə mane ola biləcək başqa bir xəstəliyə sahib olub olmadığını da qiymətləndirirlər.

İlk  öncə insan özünü düşünməzdən əvvəl başqalarını düşünməlidir.Hər vətəndaş tibbi maskalardan istifadə etsə,gigiyenik qaydalara riayət etsə Covid-19 un qarşısını ala bilərik.İlk öncə də peyvənd olmaq lazımdır ki,nə biz yoluxaq yoluxsaq da ağır vəziyyətlərə düşməyək.Nə də başqalarını yoluxduraq.Bu sadalananlara riayət olunsa inanıram ki,Karonavirus bəlası tezliklə bitəcək və bu virusun qarşısını ala biləcəyik.

COVID-19 ilə mübarizədə ölkənin səhiyyə sisteminin maddi-texniki bazası xüsusi rol oynayır. Dövlət başçısının tapşırığına uyğun olaraq, ilk növbədə, ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırıldı. Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində səhiyyə infrastrukturu pandemiya ilə mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün əlavə müasir tibbi laboratoriyalar alındı, yeni tibb müəssisələri açıldı, modul tipli xəstəxanalar quraşdırıldı. 600 yerlik “Yeni Klinika”nın açılması, 11 modul tipli xəstəxananın inşa edilməsi, bu xəstəxanalarda 4100 çarpayı sayının olması COVID-19 ilə aparılan mübarizədə çox önəmli rol oynadı.

Azərbaycan hökuməti işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırmışdır və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları idi. Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir.

Covid-19 peyvəndi həm bizi, həm də başqalarını xəstəliklərdən qoruya və bir çox insanın həyatını xilas edə bilər. Peyvəndlər xəstəliklərin qarşısını almaq və ya daha yüngül gedişatına şərait yaradır. Peyvəndlərin verdiyi immunitetin faydaları və Covid-19 infeksiyasının ciddi riskləri qiymətləndirildikdə, qısa müddətdə peyvənd olunmaq ən düzgün qərardır. Maska, məsafə və gigiyenik təmizlik qaydalarına riayət etmək xəstəliyin yayılmasının qarşısını almaq üçün çox vacibdir, lakin xəstəliyin ağır gedişinin və ölüm hallarının cəmiyyətdə yayılmasının qarşısını almaq üçün kifayət deyil.

Azərbaycanda əsasən iki peyvənddən istifadə olunur. “Sinovac” və “Pfizer”dən və peyvəndləmə səviyyəsi yüksəkdir.

1)”Sinovac” peyvəndinin məqsədi virusa yoluxanda xəstəliyi yüngül keçirməkdir: Peyvənd vurdurmaq o demək deyil ki, virusa yoluxmayacağıq. Virusa yoluxanda əgər 2 doza peyvəndin varsa, yüngül keçiririk və sağalırıq. Yoluxanda bir neçə gün, hətta bir həftə qızdırma ola bilər, amma peyvənd olunubsansa, ağ ciyərlərdə ciddi dəyişiklik, problem yaranmır. Xəstəxana şəraiti tələb olunmur və ölümcül olmur. Hətta virusa yoluxan şəxsin yanaşı xəstəliyi olsa belə, peyvənd vurdurubsa, ağır keçirmir.

2)Pfizer insanların COVID-19-dan xəstələnməsinin qarşısını ala biləcək bir peyvənddir. Adətən 3-6 həftə aralığında tətbiq olunan iki doz tələb olunur.

Bir -birindən aralığında tətbiq olunan iki doz tələb olunur. Xüsusi hallarda bu müddət daha uzun ola bilər. Pfizer COVID19 peyvəndi heç bir canlı virusa malik deyil və sizi COVID-19 ilə yoluxdura bilməz.

Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib.

Vətən müharibəsində qazandığımız Zəfər təkcə ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa etmədi, bu Zəfər vətən həsrəti ilə yaşadan xalqımızın qəlbində yenidən həyat işığı yandırdı, onlara doğma torpaqlara dönmək imkanını yaratdı. Ermənilər şəhər və kəndlərimizi dağıdıblar. Düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə bu gün aparılan Prezidentimiz İlham Əliyevin göstərdiyi tapşırıqları sayəsində bərpa-quruculuq işləri görülür ki, tezliklə onlar dirçəldiləcək, gözəl və abad olacaq. Dövlətimiz bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, insanların tezliklə öz el-obalarına qayıtmasına görə tədbirlər görülür. Dağıdılmış şəhər və kəndləri bərpa etmək, yurd-yuvasından didərgin salınmış vətəndaşlarımızı doğma elinə qaytarmaq,dirçəltmək dövlətimizin qarşısında bir vəzifə kimi dayanır.Prezidentimiz İlham Əliyev tərəfindən göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək, bu ərazilərdə yenə də sevinc, fərəh yaşanılacaq. Beləliklə, regionun inkişafı üçün qarşıya qoyulan məqsədlər, aparılan nəhəngmiqyaslı işlər onu deməyə əsas verir ki, Qarabağ tezliklə Azərbaycanın ən abad, ən görməli məkanlarından birinə çevriləcək. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”. Üç rəngli bayrağımız yenidən həmin rayon və şəhərlərdə sonsuzadək dalğalanacaqdır. Çalışmalıyıq ki bizdən sonra gələn nəsillər Qarabağın tarixini bilsinlər,Qarabağa getsinlər və oranın gözəlliyi ilə tanış olsunlar. Mən vətənim Azərbaycanın vüqarı, şərəfi naminə canımdan da qanımdan da keçməyə hazıram. Mənim ürəyim vətənə sonsuz məhəbbətlə doludur. Biz Qarabağ müharibəsinin canlı şahidləri kimi azadlıq uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsini daim yad etməliyik.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Tərtər rayonunun 3 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

 

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. 10 noyabr 2020–ci ildə hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur.

Azərbaycan Dillər Universiteti

Humay Muradova

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki