image-hulya-memmedlibackend

Prezidentin BMT-dəki çıxışı Azərbaycan reallıqlarını əks etdirdi

image-reklam_sirab_01

Ölkə başçısı  İlham Əliyev BMT-nin Baş Assambleyasının 76-cı sesiyasında həm dünyada, həm də regionumuzda baş verən qlobal hadisələrə münasibət bildirməklə yanaşı eyni zamanda konstruktiv təkliflərlə çıxış etdi. Prezident  çıxışı ilə həm də erməni faşizmini bir daha bütün dünyada ifşa etmiş oldu.

Azərbaycan daim beynəlxalq ədaləti, beynəlxalq hüquq normalarının təmin edilməsini, eyni zamanda Hərəkata üzv dövlətlərin legitim maraqlarını müdafiə edir. Dövlət başçısının da qeyd etdiyi kimi, bu il Hərəkata üzv dövlətlər Azərbaycanın sədrliyini daha bir il – 2023-cü ilin sonuna qədər uzadılmasına dair yekdil qərar qəbul ediblər. Bunun yeganə səbəbi , dünya üçün çətin bir dövrdə Azərbaycanın Hərəkata uğurlu və səmərəli şəkildə sədrlik etməsinin təsdiqi və yüksək qiymətləndirilməsinin əlamətidir. Sözsüz ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və 27 sentyabr 2020-ci ildə yeni əraziləri işğal etmək məqsədi ilə Azərbaycan Respublikasına qarşı müharibəyə başlamasına baxmayaraq, Azərbaycan dövləti bütün beynəlxalq öhdəliklərinə sadiq qalmış, dayanıqlı inkişafı təmin etmiş, Qoşulmama Hərəkatı ölkələri ilə birlikdə fəal iş aparmışdır.

2019-cu ilin sonlarından etibarən dünyanı ağuşuna alan Covid-19 pandemiyası dövrünün istər ən ağır başlanğıc dövrü, istərsə də əhalinin vaksinasiya dövründə həm daxili, həm də xarici siyasətini uğurlu həyata keçirən Azərbaycan könüllü və təmənnasız şəkildə 4 ölkəyə 150.000 vaksin göndərmiş və bu kimi onlarla humanitar fəaliyyət həyata keçirmişdir.

Eyni zamanda Covid-19 pandemiyasının ən kəskin dövründə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təklifi və 150 üzv ölkənin də bu təklifi dəstəkləməsi nəticəsində BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilmişdir.

Azərbaycan hökumətindən fərqli olaraq Ermənistan isə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymamış,əksinə “Qarabağ Ermənistandır və nöqtə” və “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verərək açıq-aşkar beynəlxalq hüquq normalarını pozmuşdur. Ermənistanın o vaxtkı müdafiə naziri Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələyərək, qəbuledilməz və əsassız “yeddi şərt” irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini tələb etmişdir.

Lakin kifayət qədər güclü müdafiə sənayesinə və orduya malik olan ölkəmiz Ermənistanın işğal siyasətinə və Minsk Qrupu həmsədrlərinin yarıtmaz fəaliyyətinə dur deyərək öz torpaqlarını işğaldan azad etmişdir!

Bu gün Azərbaycanın hər bir vətəndaşı uğurla həyata keçirilən həm daxili həm də xarici siyasət nəticəsində vətəndaşların günü gündən yüksələn sosial rifah dərəcəsi və həyat şəraitinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq duyur, bütöv və müstəqil Azərbaycanın vətəndaşı olaraq qürur hissi keçirir.

Rəşid Heydərov  – Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki