image-img-20221012-wa0020backend

Prezidentin Qırğızıstan səfərini bir çox baxımdan məhsuldar hesab etmək olar

image-reklam_sirab_01

Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğızıstana səfər etdi. Prezidentin Qırğızıstan səfərini bir çox baxımdan məhsuldar hesab etmək olar.

Bildyimiz kimi Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. İki ölkə arasında münasibətlərin genişlənməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Buna görə də ölkə başçısının Qırğızıstan səfəri iki ölkənin münasibətləri baxımından vacibdir.

Düşünürəm ki, rəsmi Bakının Qırğızıstana diqqət ayırması təsadüfi deyil. Çünki Qırğızıstan Türk Dövlətləri Təşkilatının üzvüdür. İndiki həssas məqamda da Mərkəzi Asiya və regionun türk ölkələri böyük güclərin marağındadır. Baş verən siyasi proseslərə görə də Türk Dövlətləri Təşkilatının kövrək dönəmdə olduğunu deyə bilərik. Buna görə də Prezidentin Qırğızıstana səfərini Prezidentin Qırğızıstana səfərini Türk Dövlətləri Təşkilatının inkişafına yönələn addım kimi qiymətləndirə bilərik.

Eyni zamanda Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək. Qırğızıstanla Azərbaycan arasında yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxardı. Yəni yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur.

Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi,

Müasir Müsavat Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki