Prokuror Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Sərdar Namazovun 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Veteninfo.az xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Məhkəmənin növbəti iclası aprelin 11-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü S.Namazov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1969-cu il təvəllüdlü Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vurvaraq onu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
S.Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.