image-625e43fb8df5b625e43fb8df5c1650344955625e43fb8df57625e43fb8df59backend

Prokurorluq Samuxda baş verən qətllə bağlı məlumat yayıb

image-reklam_sirab_01

Aprelin 18-i saat 23 radələrində Samux rayonu, İstixana qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşən Sadıqovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Samux rayon Prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmyerlisi, 1973-cü il təvəllüdlü Habil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elşən Sadıqovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Habil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki