image-soyqobackend

Putin Şoyquyu efirə çıxarıb insanları sakitləşdirmək istədi/VİDEO

image-reklam_sirab_01

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ölkəsinin Ukraynaya təcavüzü nəticəsində həddindən artıq itkilər verməsi, rəsmi Moskvanı cəbhədəki  canlıq qüvvələrinin yerini,təcürbəli hərbiçilər yerinə, səfərbərlik edərək təcürbəsiz insanlarla doldurmağa çalışır.

Vətəninfo.az xəbər verir ki, Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra,federasiyanın müxtəlif əyalətlərində analar ayağa qalxıblar və onlar övladlarının  Ukraynaya təcavüz müharibəsində iştirak etməyə qoymayacaqlarını bildirirlər. Artıq Rusiyanın müxtəlif şəhər və qəsəbələrində bu yöndə etirazları görən rəsmi Moskva  “Rossiya 24” kanalının efirinə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyquyu çıxararaq  insanları bir növ sakitləşdirməyə çalışıb.

Şoyqu televiziyaya açıqlamasında bildirib ki, qismən səfərbərlik ilk növbədə ərazilərə və 1000 kilometrlik təmas xəttinə nəzarət etmək üçün lazımdır: ““Təmas xəttinin özü, onu həm cəbhə xətti, həm də təmas xətti adlandırmaq olar – 1000 kilometrdən çoxdur. Təbii ki, bu xətt üzrə arxada və nə var, birləşdirilməli, bu ərazilərə nəzarət edilməlidir. Və təbii ki, ilk növbədə, bunun üçün bu işlər görülür, yəni qismən səfərbərlik”.

Qeyd edək ki, daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynadakı hərbi əməliyyatlar zamanı 5937 əsgərin həlak olduğunu bildirib. O əlavə edib ki, 300 min ehtiyatda olan hərbçi çağırılacaq.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasında qismən səfərbərlik çərçivəsində yalnız ehtiyatda olan vətəndaşların, ilk növbədə təcrübəsi olanların hərbi xidmətə çağırılacağını bildirmişdi.

Putin həmçinin Rusiyada qismən səfərbərlik elan edib.

http://

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki