image-reklam-veteninfo
image-7a1b180f-af48-44fa-9788-02889a098a7fbackend

“Qalatasaray” bu ulduz futbolçunu transfer  edir 

image-reklam-veteninfo

Türkiyənin “Qalatasaray” klubu İtaliyanın “Milan” komandası ilə yollarını ayırmağa hazırlaşan Rafael Leaonu heyətinə qatmaq üçün hərəkətə keçib.

Vətəninfo.az xəbər verir ki, İtalyan idman jurnalisti Matteo Morettonun yaydığı məlumata görə, İstanbul təmsilçisi portuqaliyalı futbolçu üçün ciddi maliyyə təklifi hazırlayıb. Bununla belə, tərəflər arasında hələlik rəsmi danışıqlara başlanılmayıb. Buna səbəb “Milan” klubunda hazırda idman direktoru vəzifəsinin vakant olmasıdır.

Məlumata əsasən, “Milan” futbolçunun ayrılığına razıdır. Bu səbəbdən Rafael Leao maraqlanan klublarla danışıqlar apara bilər. “Qalatasaray” artıq 26 yaşlı cinah hücumçusunun meneceri ilə ilkin təmaslara başlayıb.

“Sarı-qırmızılılar” futbolçunu razı salmaq üçün ona hazırda qazandığından daha yüksək maaş təklif etməyə hazırdır. Klubun Leaoya illik 10 milyon avro maaş təklif etdiyi bildirilir. Portuqaliyalı futbolçu isə hazırda bonuslarla birlikdə ildə təxminən 5,5-6 milyon avro gəlir əldə edir.

Qeyd edək ki, komandanın baş məşqçisi Okan Buruk xüsusilə UEFA Çempionlar Liqasındakı oyunlar baxımından Rafael Leao transferinin komandaya böyük fayda verəcəyini düşünür.

“Qalatasaray”ın cinah hücumçusu axtarışlarını davam etdirdiyi və Rafael Leaonun klubun əsas transfer hədəflərindən biri olduğu vurğulanır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki