Türkiyə millisinin üzvü, “Qalatasaray” klubunun kapitanı Abdulkərim Bardakçı evsiz şəxslərə 6 milyon avro xərcləyib.
Vətəninfo.az xəbər verir ki, kapitan İstanbulda evsiz şəxslərin yaşaması üçün Xeyriyyə evi inşa edir. Türkiyə mediasının məlumatına görə “Xeyriyyə evi”nin açılışı sentyabr ayında reallaşacaq. Yeni evdə 300 evsiz şəxs yaşaya biləcək.