image-3backend

Qanunsuz tikilən üçmərtəbəli ev SÖKÜLDÜ

image-reklam_sirab_01

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gədəbəydə qanunsuz tikilini söküb.

Bu barədə Vətəninfo.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gədəbəy Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki