image-b2095772-09cf-3175-95c0-4dff43ef5726_850backend

“Qarabağ”ın legioneri: “Marselo məni az da olsa tanıyır”

image-reklam_sirab_01

“Çətin oyun olacağını bilirdik. Görüş səfərdəkindən fərqli oldu. “Olimpiakos”a hörmətlə yanaşdıq. Qələbə qazana bilərdik. Şansımız var idi. Gələcəyə baxmaq, işləmək lazımdır”.

Bunu “Qarabağ”ın futbolçusu Julio Romao Bakıda Yunanıstan “Olimpiakos”u ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Braziliyalı yarımmüdafiəçi 4 oyuna qazanılan 7 xalın pis nəticə olmadığını bildirib: “Daha çox xal toplaya bilərdik. Öz üzərimizdə işləməliyik. Daha yaxşısına ümid edirik”.

Matçdan sonra “Olimpiakos”da çıxış edən həmyerlisi Marselo ilə görüşən futbolçu onunla tanışlığının olmadığını söyləyib: “Hər ikimiz Riodanıq. Nəzərə alaq ki, əfsanəvi futbolçudur. Məni az da olsa tanıyır. Həm də ona qarşı oynadım. Bundan şərəf duyuram”.

Hər futbolçunun arzusu olduğunu deyən Romaonun sözlərinə görə, onun xəyalı nə vaxtsa əfsanəvi futbolçulara qarşı oynamaq olub: “Amma hər şeyin bu qədər tez olacağını bilmirdim. Portuqaliyanın “Santa Klara” klubunda olanda mənə anidən təklif gəldi. Son 1 həftədə ideallarımdan biri olan futbolçuya qarşı oynadım. Hadisələrin belə tez cərəyan etməsini gözləmirdim”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki