image-fcb39996-d74c-4fea-9173-e7a3d16d411dbackend

  Qarabağ və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür

image-reklam_sirab_01

 

 

Oktyabrın 20-də Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb TayyibƏrdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işlər davam edir, bunun sayəsində keçmiş məcburi köçkünlər 30 ildən sonra öz evlərinə qayıda biləcəklər. Prezident İlham Əliyev bu böyük strateji infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirir.

Prezidenti İlham Əliyev çıxışında  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışını əlamətdar hadisə olduğunu bildirmişdir.  Bu hava limanının açılışı orada yeni iqtisadi layihələrin həyata keçirilməsinə, regionla paytaxtın, eyni zamanda dünyanın digər ölkələri ilə əlaqələrin güclənməsinə, regiona turist marağının artmasına səbəb olacaqdır.

Dövlət başçısı qeyd edib ki, inşaat işlərində, yol çəkilişi işində Türkiyə şirkətləri bizimlə bərabər çalışır: “Türkiyə şirkətlərinə minnətdarıq ki, qısa müddət ərzində böyük işlər görür. Yolların artıq bir hissəsi hazır vəziyyətdədir, dəmir yolları, eyni zamanda 33 tunelin inşası nəzərdə tutulub, onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumi uzunluğu 50 km-dən çoxdur. 84 körpü inşa ediləcək. Onların bir qismi inşa edilib. Körpülərin uzunluğu 12 km-dir. Bu ancaq birinci mərhələdə görüləcək və görülən işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik”.

28 illik işğal dövründə ermənilər bizim bu ərazilərdəki bütün şəhərlərimizi, kəndlərimizi yerlə yeksan etmişlər. Burada yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar. Hazırda isə bu ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri görülür, evlər, sosial obyektlər tikilir, yollar salınır.

Ölkə başçısı öz çıxışında qeyd etdi ki, şəhər və kəndlərimiz bərpa edidikdən sonra bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Keçmiş qaçqınların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.

Türkiyə Prezidentinin Zəngilan hava limanının açılışında iştirak etməsinin isə fövqəladə əhəmiyyəti var. Türkiyənin dəstəyi Azərbaycan üçün çox önəmlidir. Azərbaycan-Türkiyə dostluğu təkcə iqtisadi baxımdan deyil, həm də mənəvi baxımdan birlik nümunəsidir.

Dövlət başçımız Türkiyə-Azərbaycan qardaşlığını yüksək qiymətləndirərək bildirmişdir: “Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi.”

 

 

 

Vahid İsmayılov – Tarix üzrə fəlsəfə doktoru

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki