image-photo_74057962backend

“Qarabağa uşaqların xoşbəxt və sevincli gülüş səsini qaytaracağıq!”

image-reklam_sirab_01

 

Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda əbədi sülhün bərqərar olmasına, həmçinin, bu regionun inkişafına maneə yaradan ən əsas problemlərdən biri idi. Lakin artıq bu problem kökündən həll edilmişdir. Regiona yenidən sülhü, əmin-amanlığı gətirən Azərbaycan faşist erməni təxribatının təhdid və hədələrinə boyun əymədi, 30 illik işğala son qoydu.

Ermənistanın qeyri-konstruktiv siyasəti və münasibəti sülhün davamlılığını təhdid edən başlıca amildir. Lakin bütün bunlar yalnız Ermənistanın düşdüyü bataqlıqla son çırpınışlarından başqa bir şey deyildir. İflasın eşiyində olan ölkə rəhbərliyi daxili problemləri, işsizlik və xalqın ağır vəziyyətini ört basdır etmək üçün Qarabağ münaqişəsindən istifadə edərək diqqətləri yayındırmağa cəhd edirdi. Bu gün də öz təxribatlarına davam edən təcavüzkar ölkə aldığı dərsdən nəticə çıxarmaq yerinə xəbis əməllərinə davam etməkdədir. Ermənilərin faşist əməllərini dünya görməlidir. Ardı-arası kəsilməyən təxribatlar erməni xislətinin dəyişməz olduğunu və əsl üzünü bütün dünyaya nümayiş etdirir. Bəziləri bu üzü görməzdən gəlməyə çalışsa da, ədalətin tərəzisi əyilməzdir və Qarabağ Azərbaycandır!

30 il böyük zaman dilimidir. Və bu keçən illər boyunca düşmənə dəfələrlə anlatsaq da, israrla rədd etdikləri bir reallıq vardı- ya sülh, ya da müharibə, hər iki halda qələbə Azərbaycanın tərəfindədir. Lakin düşmən buna cavab olaraq özünün də inandığı “güclü erməni ordusu” cəfəngiyatını uydurmuşdu. Bir yalanı çox təkrar edəndə, sonda yalan danışan şəxs özü də bu yalanın əsirinə çevrilərək onu reallıq hesab edir. Azərbaycan Silahlı Qüvvələri Vətən Müharibəsi timsalında dəfələrlə bu xülyanın yalan olduğunu isbat etmişdir. Lakin son qarşılaşmada düşmən Azərbaycan əsgərindən elə bir şillə yedi ki, bu dad hələ onlar üçün uzun illər unudulmaz olacaq. “Türklər gəlir” deyib qorxudan gizlənməyə dəlik tapmayan, qaçan mənfur düşmən bilirdi ki, 30 ilin intiqamı da özü kimi ağır olacaq. Dahi sənətkar Xəqaninin də dediyi kimi: “Hiylə oğurluqdur, xoşsa əvvəli, oğrunun axırda kəsilər əli”. Qarabağa uzanan əllər bir daha uzana bilməyəcək formada kəsildi. Bütün dünya Qarabağ Azərbaycandır reallığını qəbul edir və etməlidir də. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixin qara səhifələrində qaldı, yeni dövr başladan Azərbaycan Respublikası öz ərazi bütövlüyünün təminatçısıdır.

Zəfəri ölkəmizə qazandıran müzəffər ordunun Ali Baş Komandanı, Qarabağın azadlıq yolunu ilmək ilmək toxuyan dahi siyasətçi, uzaqgörən rəhbər, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev cəmi bir cümlə ilə Qarabağın gələcəyi və Azərbaycan xalqının Qarabağa dönüşünü bəyan etmişdir: “Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Qarabağa  uşaqların xoşbəxt və sevincli gülüş səsini qaytaracaqdır.”

Gözümüz önündə yaşanan bu tarixi hadisənin şahidi və iştirakçısı olmaqdan qürur duyur, həsrət qoxulu Qarabağımızın mehriban ana qucağına qayıtmaq üçün səbirsizliklə gözləyirik. Bu sevinci bizlərə yaşadan igid oğullara və başımıza sonsuz minnətdarıq!

Şəmilova Dünya Mərdan

Nəsimi rayon gənci

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki