image-2backend

Qarabağda indiyədək 161 min mina tapılıb

image-reklam_sirab_01

İşğaldan azad edilmiş ərazilərdə aparılan axtarış işləri nəticəsində 161 min mina aşkarlanıb:

Vətəninfo.az xəbər verir ki, bunu ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov “Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masada deyib.
O qeyd edib ki, indiyə kimi təxminən 168 min hektar sahə minalardan təmizlənib.

Ramil Əzizovun sözlərinə görə, tapılan minalardan 25 mini piyadalar əleyhinə partlayıcı vasitələrdir.

O, 1991-ci ildən indiyə qədər 3400-dən çox insanın mina qurbanı olduğunu xatırladıb.

R.Əzizov deyib ki, təxminlərə görə, işğaldan azad edilmiş ərazilərdə 1.5 milyon mina basdırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki