image-1backend

Qardaşı arvadını qətlə yetirən şəxsə hökm oxunub

image-reklam_sirab_01

Qardaşı arvadını qətlə yetirməkdə ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Vətəninfo.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəmməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Təqsirləndirilən Elgiz Məhərrəmov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mayın 2-də Ağcabədi rayonunun Sarıcalı kəndində baş verib.

Təqsirləndirilən şəxs qardaşının həyat yoldaşı Nəzmiyyə Məhərrəmovanı onu ata evində bıçaqla qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image