image-turbackend

Qardaşlıq və Dostluğun bu günkü zirvəsi

image-reklam_sirab_01

Milli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də, geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Atılan dəqiq addımlar sayəsində Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərli və sevindiricidir.  Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəylə birgə dünyaya nümunə olublar və bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Avropa İttifaqının enerji təhlükəsizliyində böyük rol oynayan Cənub Qaz Dəhlizi məhz Azərbaycanla Türkiyənin birgə yürütdüyü strategiyanın nəticəsidir. İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. 44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir. Xalqların gələcəyinə xidmət edən əməkdaşlıq. YAP və AKP sədrlərinin – dövlət başçılarının tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına təkan verəcək. Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi son vaxtlar yaşadığımız həyəcanlı anlardan biri idi. Azərbaycan və Türkiyə prezidentləri hava limanının açılışını bildirən lenti kəsdikdən sonra hava limanının rəmzi açarı prezidentlərə təqdim edildi. Sonra dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular. Həmin gün prezidentlər Zəngəzur dəhlizinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan rayonunda “Dost Aqropark”ın da təməlini qoydular. Prezidentlər həmçinin mətbuata birgə bəyanatlarla çıxış etdilər. İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Azərbaycanın yanında olan Türkiyənin dəstəyini yüksək qiymətləndirib: “Bilirsiniz ki, Azərbaycanda hər kəs sizi sevir, sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq quruculuq dövründə, bərpa dövründə də bizimlə bərabərsiniz”, – deyən Prezident İlham Əliyev Türkiyə Prezidentinin bu səfərinin əhəmiyyətini yüksək dəyərləndirdi: “Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq”. “Bir millət, iki dövlət olmağın verdiyi ortaq süur və ruhla” hərəkət edəcəklər.

Fəridə Rəhimova – Azərbaycan Dövlət İqtisad Universiteti

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki