image-img-20230916-wa0010backend

Qarşılıqlı fayda verən əməkdaşlıq

image-reklam_sirab_01

Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. Bu görüşdə Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib.

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan təkcə regionda deyil, həm də daha geniş coğrafiyada yeni reallıqların formalaşmasında mühüm rol oynayan bir faktora çevrilir. Son üç ildə baş verən geosiyasi proseslər fonunda ölkəmizin  bütün dünyada nüfuzu daha da artmış, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq gücə çevrilmişdir. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı da durmadan artır.
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Tacikistanda keçirilən Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət Görüşünə fəxri qonaq qismində  dəvət olunması ölkənin artan beynəlxalq nüfuzunun əyani  sübutudur. İlk dəfədir ki, bu regiona daxil olmayan ölkənin rəhbəri belə bir mühüm görüşdə iştirak edirdi. Bu, Azərbaycan dövləti başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi sahəsində  verdiyi töhfələrin  yüksək qiymətləndirilməsinin nəticəsidir. Bunu Məşvərət Görüşünün  iştirakçıları olan dövlət başçıları öz çıxışlarında da qeyd ediblər.
Bu, Azərbaycanın həyat keçirdiyi siyasətin real nəticəsi, onun təkcə Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiyada getdikcə artan rolunun etirafı idi. Xüsusi ilə qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsinin böyük təsiri fonunda dünyada baş verən  mürəkkəb və dinamik  geosiyasi hadisələr  beynəlxalq sistemdə dəyişiklik etməyə məcbur edir, təhlükəsizlik riskləri getdikcə ön plana çıxır və bu dövlətlərarası münasibətlərdə siyasi əlaqələrin qarşılıqlı etimad çərçivəsində inkişaf etdirilməsini tələb edir. Azərbaycan uzun müddətdir ki, özünü etibarlı tərəfdaş kimi, müstəqil xarici siyasət yürüdən uğurlu, iqtisadi cəhətdən qüdrətli dövlət kimi təsdiqləmişdir. Məhz buna görə də həm Avropada, həm də Mərkəzi Asiya ölkələrində Azərbaycana maraq və hörmət var. Bu mənada birləşdirici halqa kimi Azərbaycanın  böyük rolu vardır.
Tacikistanın paytaxtında keçirilən görüşlərin gündəliyinə siyasi qarşılıqlı fəaliyyətin gücləndirilməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi, humanitar əlaqələrin dərinləşdirilməsi, regional və ekoloji təhlükəsizliyə çağırış və təhdidlərə birgə cavab verilməsi məqsədilə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri, regional və beynəlxalq problemlər daxil edilmiş və  bu məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Göründüyü kimi, son dərəcə vacib məsələlər müzakirə olundu.
Bu gün Azərbaycanın xarici siyasətində türk dünyası və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Dövlətimizin başçısı çıxışında Mərkəzi Asiya ölkələri ilə dostluq və əməkdaşlıq məsələsinə bir daha toxunaraq dedi: “30 ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstəririk. bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirmək”.
Son bir ildə Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri diqqətəlayiq hadisədir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan bu regionun dövlətləri ilə sıx əlaqələr qurdu. Bu əlaqələrin daha da inkişaf etdirilməsi təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, bütün türk dünyası üçün vacibdir.
Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarlarına gedən yolda etibarlı tranzit ölkədir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət Görüşündə çıxışı zamanı bir daha iştirakçıların diqqətinə çatdırdı. Dövlət başçısı əks istiqamətdə tranzitin vacibliyini də qeyd edib: “Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat və logistika infrastrukturu onların üzünə açıqdır”.
İlham Əliyev çıxışı zamanı onu da qeyd etdi ki, “Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Bu ilin 7 ayı ərzində artım daha 50 faiz artıb. Artıq birgə investisiya fondları yaradılıb və növbəti 3 ildə 1 milyard dollardan çox qarşılıqlı investisiyaların həcmi razılaşdırılıb. Biz artıq sənaye kooperasiyası, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma və kənd təsərrüfatı, yəni pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində bir çox layihələr həyata keçiririk. Mehmanxana biznesi və turizm sahəsində investisiya layihələri həyata keçirilməsinin ilkin mərhələsindədir.”
Prezident Əliyev Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin diqqətini çatdırdı ki, Azərbaycanın Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatını ödəmək üçün Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinə xüsusi önəm verir: Gələn il bu yolda yük axınının 1 milyon tondan 5 milyon tona çatdırılacağını deyən Azərbaycan dövlət başçısı bununla paralel olaraq Bakı ticarət limanının imkanlarının da bugünkü 15 milyon tondan 25 milyon tona qədər genişləndiyini vurğulayıb. ton təşkil edir.
Bu gün Azərbaycan təkcə regionda deyil, həm də dünyada hörmət və nüfuz sahibidir. Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi, müdrikliyi, uzaqgörənliyi  sayəsində  öz mühüm strateji hədəflərinə doğru addım-addım irəliləyir.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image