image-1backend

Qaxda 100 min manatlıq dələduzluq – FOTO

image-reklam_sirab_01

Qaxda 100 min manatlıq dələduzluqda şöbhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Vətəninfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlardan daxil olmuş müraciətlər əsasında dələduzluq etməkdə şübhəli bilinən 68 yaşlı Bakı şəhər sakini Karlen İsgəndərovu saxlayıb.

Məlumatda bildirilib ki, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum olunmuş K.İsgəndərov zərərçəkənlərin etibarından sui-istifadə edərək onları müxtəlif dövlət qurumlarında işə düzəltmək, eləcə də digər vədlərlə aldadaraq ümumilikdə 100 min manata yaxın vəsait ələ keçirib.

Məhkəmənin qərarı ilə K.İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ərazi polis orqanına müraciət edə bilərlər.

image-2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki