image-1backend

Qaxda 11-ci sinif şagirdini it dişlədi

image-reklam_sirab_01

Qaxda 11-ci sinif şagirdinə it hucum edib.

Vətəninfo.az APA-ya istinadən məlumat verir ki, hadisə oktyabrın 3-də axşam saatlarında şəhər ərazisində baş verib.

Qax şəhər sakini, 2007-ci il təvəllüdü Ə.Cumazadə repetitorun yanından evə qayıdan zaman ona küçədə it hücum edərək xəsarətlər yetirib.

Hadisədən sonra Ə. Cumazadə Qax Rayon Mərkəxi Xəstəxanasına (RMX) müraciət edib.

Ona boyun, döş, bel və ayaq nahiyələrinin xəsarətləri dioqnozu qoyulub. Ə. Cumazadəyə xəstəxanada lazımı tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki